ABŞ və Yaponiya birgə neft ehtiyatlarının yaradılmasını müzakirə edir

Baş səhifə

ABŞ və Yaponiya Yaponiyada birgə neft ehtiyatlarının yaradılması məsələsini müzakirə edir.

APA xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.

Məlumata görə, ehtiyatlar ABŞ yataqlarından tədarük hesabına formalaşdırıla bilər və bu barədə razılaşmanın martın 19-da Vaşinqtonda Yaponiya Baş naziri Sanae Takaichi ilə ABŞ Prezidenti Donald Trampın görüşü zamanı elan olunacağı istisna edilmir.

Layihə Tokionun ABŞ iqtisadiyyatına yönəltməyi planlaşdırdığı 550 milyard dollarlıq investisiyalar çərçivəsində maliyyələşdirilə bilər, konkret məbləğ isə əlavə məsləhətləşmələr zamanı dəqiqləşdiriləcək.

Qeyd olunur ki, ehtiyatlar əsasən Alyaskadakı yataqlardan idxal ediləcək neft hesabına yaradılacaq və bu addım Yaponiyanın enerji təchizatını diversifikasiya etməyə yönəlib.

Hazırda Yaponiya istehlak etdiyi neftin 90 faizdən çoxunu Yaxın Şərqdən, cəmi 1,9 faizini isə ABŞ-dan alır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir