Prezidenti İlham Əliyevlə Almaniya kansleri arasında telefon danışığı olub

Baş səhifə

Bakı. Trend:

Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevlə Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merts
arasında telefon danışığı olub.

Trend xəbər verir
ki, telefon söhbəti zamanı Yaxın Şərqdə davam edən gərginlikdən
narahatlıq ifadə olunub, onun Cənubi Qafqaz regionuna mümkün
təsirləri barədə fikir mübadiləsi aparılıb.

Fridrix Merts Azərbaycan ilə Ermənistan arasında davam edən sülh
prosesini alqışlayıb, bunun regional sabitlik üçün əhəmiyyətini
qeyd edib.

Azərbaycan Prezidenti və Almaniya Kansleri ikitərəfli
münasibətlərin perspektivlərini, həmçinin ölkəmizlə Avropa İttifaqı
arasında əlaqələrin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə
ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir