
Bakı.Trend:
Cəlilabadda avtomobillər toqquşub.
Trend-in
məlumatına görə, hadisə martın 17-si baş verib.
Belə ki, 31.08.1995-ci il təvəllüdlü Əliyev Səbran Əskər oğlu
idarə etdiyi “Kia Rio” markalı avtomobillə hərəkətdə olarkən qarşı
hərəkət zolağında hərəkət edən 31.10.1995-ci il təvəllüdlü Quliyev
Kamran Seymur oğlunun idarə etdiyi “Changan A06” markalı
avtomobillə toqquşub.
Toqquşma nəticəsində “Changan A06” markalı avtomobildə sərnişin
qismində əyləşmiş 18.11.1991-ci il təvəllüdlü Bəşirov Xəyal Yadulla
oğlu müxtəlif bədən xəsarətləri alıb, daha sonra aldığı xəsarətlər
nəticəsində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.
Fakta görə cinayət işi başlanılıb.

