Qazaxıstanda transmilli narkotik şəbəkəsi ifşa edilib: 40 nəfər saxlanılıb

Baş səhifə

Bakı.Trend:

Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən
müasir İT texnologiyalarından istifadə olunmaqla vətəndaşların
narkotik cinayət fəaliyyətinə cəlb edilməsinə yönəlmiş transmilli
sxemin qarşısının alınması məqsədilə genişmiqyaslı xüsusi əməliyyat
keçirilib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Araşdırma nəticəsində müəyyən edilib ki, cinayətkar şəbəkənin
təşkilatçıları ölkə hüdudlarından kənarda yerləşərək internet
resursları, messencerlər və sosial şəbəkələr vasitəsilə “yüksək
maaşlı iş” barədə elanlar yayıblar.




Qanuni məşğulluq adı altında vətəndaşlar faktiki olaraq narkotik
vasitələrin qanunsuz dövriyyəsində iştirak üçün cəlb ediliblər.

Birgə əməliyyat nəticəsində ölkənin 11 regionunda Qazaxıstan
Respublikasının 40 vətəndaşı saxlanılıb. Narkotik vasitələrin gizli
yerləşdirilməsi ilə birbaşa məşğul olan 11 nəfər həbs edilib. Daha
9 nəfər narkotik vasitələrdən istifadə etdiklərinə görə inzibati
məsuliyyətə cəlb olunaraq 10 gün müddətinə həbs ediliblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir