
Bakı. Trend:
İrandakı müharibənin Ukraynadakı vəziyyətə təsiri ilə bağlı
bədgümanam.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir
Zelenski “BBC”yə verdiyi müsahibədə deyib.
Ukrayna lideri hesab edir ki, İranla bağlı davam edən
eskalasiyalar Rusiya-Ukrayna müharibəsini kölgədə qoyur.
“Bu müharibənin Ukraynadakı vəziyyətə təsiri ilə bağlı məndə çox
pis bədgümanlar var. Təəsüflər olsun ki, indi Ukraynadan daha çox
Yaxın Şərq ABŞ-nin nəzər nöqtəsindədir. Buna görə, özünüz də
görürsünüz ki, diplomatik görüşlərimiz, üçtərəfli danışıqlarımız
mütəmadi olaraq təxirə salınır. Səbəb isə sadədir — İranda gedən
müharibə”, – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, son günlər ABŞ Prezidenti Donald Tramp
diqqətini İrana yönəldib, lakin Ukrayna, ABŞ və Rusiya danışıqları
üzrə qruplar öz aralarında əlaqəni davam etdirirlər.
Zelenskinin sözlərinə görə, növbəti görüş hələ də sual
altındadır, çünki, Rusiya tərəfi onun ABŞ-də keçirilməsinə
qarşıdır.

