
Bakı. Trend:
İsrail ordusu Qəzza zolağında HƏMAS hərəkatının komandirlərindən
birini zərərsizləşdirib.
Trend xəbər verir
ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Hava zərbəsi nəticəsində hərəkatın maddi-texniki təchizat
(logistika) bölməsində komandir olan Yəhya Əbu Ləbdanin öldürüldüyü
bildirilir.
IDF-in bildirdiyinə görə, Əbu Ləbda HƏMAS-ın hərbi qanadının
hərbi avadanlıqlar və silahlarla təchizatına, eləcə də nəqliyyat
məsələlərinə cavabdeh idi.
“Əbu Ləbda HƏMAS-ın istehsal müəssisələrinə dəstək məqsədilə
raket istehsalına lazım olan tonlarla xammalın və yüksək
texnologiyaları elektron komponentlərin daşınmasına rəhbərlik
edib”, -deyə IDF-in məlumatında qeyd olunub.

