Polad Bülbüloğlu müəllimlərin şikayətindən danışdı

Baş səhifə

Bakı. Trend:

İxtisaslaşmış ali məktəblərdə bütün bu təhsil pillələrinin vahid
sistemdə birləşdirilməsi daha məqsədəuyğun olardı. Yəni, altı
yaşında istedadlı bir uşağı qəbul edib, onu 20 yaşında peşəkar
mütəxəssis kimi cəmiyyətə qazandırmaq üçün bu zəncirin bütöv
şəkildə işləməsi vacibdir.

Trend xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin
sədri Polad Bülbüloğlu parlamentin Elm və təhsil komitəsində
keçirilən “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf
perspektivləri” mövzusunda ictimai dinləmədə deyib.




Komitə sədri vurğulayıb ki, attestasiya nəticələri ilə bağlı
bəzi müəllimlər şikayət üçün müraciət ediblər:

“Biz millət vəkilləri olaraq vətəndaşları qəbul edir, onları
dinləyirik. Lakin bir musiqiçi kimi deyə bilərəm ki, həmin
müəllimlərə verilən sadə suallar belə onların peşəkar səviyyəsinin
kifayət qədər olmadığını göstərirdi. Baxmayaraq ki, onların uzun
illər iş stajı var. Lakin attestasiya nəticələri göstərir ki, bu
proses düzgün və obyektiv aparılır. Hesab edirəm ki, attestasiya
mütəmadi olaraq — məsələn, hər 5 və ya 7 ildən bir
keçirilməlidir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir