Bu şəxslər universitetə imtahansız qəbul ola biləcəklər

Baş səhifə

Bakı. Trend:

İstedadlı insanları üzə çıxarmaq, onları müəyyən etmək
Mədəniyyət Nazirliyi olaraq bizim əsas prioritetimizdir.

Trend xəbər
verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Elm və
təhsil komitəsində keçirilən “İncəsənət məktəblərinin mövcud
vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmədə
deyib.




“Uşaq İncəsənət Festivalı gələn ildən İncəsənət Olimpiadası
formatında keçiriləcək. Nəticədə qaliblər imtahansız ali təhsil
müəssisələrinə qəbul ola biləcək”, – deyə nazir bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir