
Bakı. Trend:
Lider mobil operator Novruz bayramı münasibətilə
abunəçiləri üçün xüsusi kampaniyaya start verir
“Azercell” Novruz bayramı münasibətilə abunəçiləri üçün “OPPO”
smartfonlarına dair xüsusi kampaniya təqdim edir. Kampaniya
müddətində 269 AZN-dən başlayan qiymətlə “OPPO” smartfonu alan
müştərilərə 6 ay müddətində 6 GB internet paketi hədiyyə ediləcək.
İnternet paket avtomatik olaraq hər 28 gündən bir yenilənəcək.
Bundan əlavə, qeyd olunan müddət başa çatdıqdan sonra internet
paketindən istifadəni davam etdirmək istəyən abunəçilər növbəti 6
ay ərzində paketdən 20% endirimlə yararlana biləcəklər.
16.04.2026-cı il tarixinədək davam edən kampaniya fakturasız
xətt abunəçiləri üçün “Kontakt Home” mağazalar şəbəkəsində
keçərlidir.
Daha ətraflı məlumat üçün:
Novruz kampaniyası! | Azercell

