
Bakı. Trend:
İrandan Ermənistana malların tədarükü davam etsə də, onların
maya dəyəri artıb.
Trend Ermənistan
KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın İqtisadiyyat
Naziri Qevorq Papoyan bildirib.
Onun sözlərinə görə, İran məhsullarının münasib qiymətə idxalı
dayandırılmayıb, lakin bahalaşma bir sıra amillərlə bağlıdır: bəzi
hallarda yükdaşıma tarifləri artıb, digər hallarda isə İran
müəssisələri iş rejimini məhdudlaşdırır.
Nazir qeyd edib ki, bu vəziyyət yalnız idxal olunan malların
deyil, həm də İran xammalından istifadə etməklə Ermənistanda
istehsal olunan məhsulların qiymətlərinin bahalaşmasına səbəb ola
bilər.
“Yüksək səviyyəli siyasi xadimlərin bəyanatlarına əsasən,
müharibənin yaxın zamanda başa çatacağına ümid etməyə əsas var və
elə olan halda neqativ gözləntilər aşağı düşəcək”,- deyə Papoyan
bildirib.
Papoyan əks təqdirdə, yəni Yaxın Şərqdəki münaqişəsinin
uzanacağı Ermənistan iqtisadiyyatına ağır zərbə dəyəcəyini
vurğulayıb.

