
Bakı. Trend:
Konkret bir məhsul var ki, onunla bağlı Azərbaycan və
Ermənistanın biznes dairələri danışıqlar və müzakirələr aparır.
Trend Ermənistan
KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın İqtisadiyyat
naziri Qevorq Papoyan deyib.
Parlamentdə yerli nəşrə verdiyi müsahibə zamanı erməni jurnalist
Azərbaycandan Ermənistana benzinin ixrac olunduğu bir vaxtda
Ermənistanın Azərbaycana nə təklif edəcəyini öyrənməyə çalışıb.
“Biz təklifimizi etmişik. Hazırda konkret bir məhsul var ki, hər
iki tərəfin biznes dairələri onunla bağlı artıq danışıqlara və
müzakirələrə başlayıb”, – Papoyan bildirib.

