Türkiyənin antiinhisar tənzimləyicisi SOCAR ilə MSC arasındakı sazişi təsdiqləyib

Baş səhifə

Bakı. Trend:

Türkiyənin antiinhisar tənzimləyicisi Azərbaycan Dövlət Neft
Şirkəti SOCAR-a məxsus “Socar Aliağa Liman İşletmeciliği A.Ş.”
şirkətinin 50% səhminin dünyanın ən böyük kruiz daşımaları
operatoru MSC-nin strukturuna daxil olan liman aktivləri operatoru
“Terminal Investment Limited Sarl” tərəfindən alınması üzrə sazişi
təsdiqləyib.

Trend xəbər ki,
səhm paketi “Socar Turkey Enerji A.Ş.”dən alınıb.

Xatırladaq ki, daha əvvəl Avropa Komissiyası Aİ-nin birləşmələr
haqqında reqlamentinə uyğun olaraq “SOCAR Aliağa Liman
İşletmeciliği A.Ş.” (“SOCAR Terminal”) üzərində birgə nəzarətin
“SOCAR Turkey Enerji A.Ş” (“STEAS”) və “Terminal Investment
Switzerland Sàrl” (“TISS”) tərəfindən əldə edilməsini
təsdiqləyib.




Qeyd edək ki, Egey regionunun ən böyük konteyner limanı olan
“SOCAR Terminal 700” metr uzunluğunda fasiləsiz körpüyə, 16 metr
dərinliyə, 420 min kvadratmetr liman sahəsinə və 30 min
kvadratmetrlik arxa zonaya malikdir ki, bu da ona həm regional, həm
də qlobal ticarət baxımından strateji əhəmiyyət verir. Terminal
yeni nəsil ULCS sinifli gəmiləri qəbul etmək qabiliyyətinə
malikdir, eyni zamanda bir neçə iri gəmini sürətlə xidmətlə təmin
edərək gözləmə müddətini minimuma endirir.

“Gələcəyin limanı” konsepsiyası çərçivəsində fəaliyyət göstərən
“SOCAR Terminal” əməyin mühafizəsi və təhlükəsizlik üzrə ən yüksək
standartları tətbiq edir, rəqəmsallaşma və texnologiyalara
yatırımlar hesabına sahədə lider mövqeyini qoruyur. Bununla yanaşı,
terminal karbon izinin azaldılması, bərpa olunan enerji
mənbələrinin inkişafı və enerji səmərəliliyinin artırılmasına
yönəlmiş dayanıqlı biznes modeli formalaşdırır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir