Azərbaycanda orta əməkhaqqı artıb

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin yanvar ayında ölkədə muzdla çalışan işçilərin orta
aylıq nominal əməkhaqqı 2025-ci ilin müvafiq dövrünə nisbətən 3,8
faiz artaraq 1103,8 manat təşkil edib.

Trend-in
məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin açıqladığı
2026-cı ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial
inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.




Bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 4064,7 manat, qeyri
neft-qaz sektorunda 1050,1 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1073,2
manat, özəl müəssisələrdə isə 1133,5 manat olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir