Tramp İranı hədələdi

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp İranı məhv etməklə hədələyib.

Trend xəbər verir
ki, bu barədə ABŞ Prezidenti öz “Truth Social” səhifəsində
yazıb.




Ağ Ev rəhbəri Hörmüz boğazına görə məsuliyyətin digər ölkələrin
üzərinə qoyulmasını təklif edib. Onun sözlərinə görə, belə bir
addım “passiv müttəfiqləri” fəallaşmağa vadar edə bilər.

“Mənə maraqlıdır, görəsən biz İranın axırına çıxsaq və ondan
istifadə edən, bizim isə istifadə etmədiyimiz ölkələrin guya
“boğaz”a (Hörmüz nəzərdə tutulur –red) görə məsuliyyət daşımasına
imkan versək, nə baş verərdi? Bu addım bəzi passiv
“müttəfiqlərimizi” tez bir zamanda hərəkətə gətirərdi”,-deyə Tramp
yazıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir