
Bakı. Trend:
2026-cı il mart ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq
Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin
sayı 250,3 min nəfər olub.
Trend-in
məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin açıqladığı
2026-cı ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial
inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.
Bildirilib ki, onların 51,7 faizini qadınlar təşkil edib.
İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 460,9 manat
olub.

