
Bakı.Trend:
2026-cı ilin yanvar-fevral aylarında əhaliyə göstərilən ödənişli
xidmətlərin dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real
ifadədə 8,9 faiz artaraq 2534,2 milyon manat olub.
Trend-in
məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin açıqladığı
2026-cı ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial
inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.
Hesabata əsasən, hüquqi şəxslər tərəfindən əhaliyə 1938,4 milyon
manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin
76,5 faizini təşkil edib.
2026-cı ilin yanvar-fevral aylarında hər bir ölkə sakini orta
hesabla 246,9 manatlıq və ya 2025-ci ilin eyni dövrü ilə müqayisədə
nominal ifadədə 31,6 manat çox müxtəlif ödənişli xidmətlərdən
istifadə edib.

