
Bakı. Trend:
Bu ilin martın 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard
728 milyon ABŞ dolları təşkil edib.
Trend bu
barədə Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər
verir.
Məlumata görə, bu, ötən il martın 1-i ilə müqayisədə müqayisədə
7,3% azdır.
Eyni zamanda komitə xatırladır ki, ölkənin strateji valyuta
ehtiyatları 2026-cı il mart ayının 1-nə 90 milyard 667,7 milyon ABŞ
dollarına çatıb və xarici dövlət borcunu 19,2 dəfə üstələyib.
DSK əlavə edib ki, Mərkəzi Bankın məlumatlarına görə, 2026-cı il
fevral ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının
kredit portfeli milli valyuta ekvivalentində 31 milyard 863,7
milyon manat təşkil etmiş, onun 26 milyard 171,6 milyon manatı
uzunmüddətli kreditlər olub. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği
ümumi kredit portfelinin 1,7 faizini təşkil edib.

