İran İsveç vətəndaşını edam edib – İsveç XİN rəbhəri

Baş səhifə

Bakı. Trend:

İsveçin Xarici İşlər Naziri İranda İsveç vətəndaşının edam
olunduğunu bildirib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

“Bu gün İranın bir İsveç vətəndaşını edam etməsi barədə məlumat
əldə etmişəm, bununla bağlı dərin narahatlıq hissi keçirirəm”, –
Xarici İşlər naziri Maria Malmer Stenerqard bildirib.




Nazirin çıxınında və ya İsveç XİN açıqlamasında həmin şəxsin
kimliyi barədə məlumat verilməyib. Bildirilir ki, edam olunmuş
İsveç vətəndaşı ötən ilin iyun ayında İranda həbs olunmuşdu.

“Ölüm cəzası qeyri-insani, qəddar və geri dönməz bir cəzadır.
İsveç, Avropa İttifaqı ilə birlikdə, bütün hallarda onun tətbiqini
pisləyir”, – Stenerqard bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir