Prezidentin maşınını istədi – İlham Əliyevlə birinci xanım Mehriban Əliyevanın Xocavəndə səfərindən maraqlı anlar (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva Xocavənd rayonunun Xanoba kəndinə səfər zamanı
maraqlı hadisə yaşanıb.

Trend xəbər verir ki, səfər çərçivəsində kənd sakinləri ilə
səmimi görüş keçirilib və tədbir zamanı diqqət çəkən anlardan biri
azyaşlı sakinin davranışı olub.

Belə ki, Xanoba kəndində yaşayan balaca sakin Prezident Ilham
Əliyevin avtomobilinə əyləşib. O, avtomobildən düşərkən səmimi
şəkildə “Mən sənin maşınını istəyirəm” sözlərini deyib.

Uşağın bu səmimi istəyi Prezidenti İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva tərəfindən təbəssümlə qarşılanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir