Sahibə Qafarova Gürcüstan Parlamentinin sədrinə başsağlığı verib

Baş səhifə

Bakı.Trend:

Martın 18-də Milli Məclisin sədri Sahibə Qafarova Bütün
Gürcüstanın Katalikos-Patriarxı, görkəmli din xadimi II İlya
həzrətlərinin vəfatı ilə əlaqədar Gürcüstan Parlamentinin sədri
Şalva Papuaşviliyə başsağlığı məktubu göndərib.

Bu barədə Trend-ə Milli Məclisin İctimaiyyətlə Əlaqələr
Şöbəsindən məlumat verilib.

Məktubda deyilir ki, II İlya həzrətlərinin bəşəriyyət naminə
fəaliyyəti, Qafqazda sülhün, həmrəyliyin və dinlərarası dialoqun
təşviqinə verdiyi töhfələr, ölkələrimiz və xalqlarımız arasında
dostluq münasibətlərinin möhkəmlənməsində göstərdiyi böyük
xidmətlər hər zaman ehtiramla xatırlanacaq.

Milli Məclisin sədri məktubda gürcüstanlı həmkarına, parlamentin
üzvlərinə, dost Gürcüstan xalqına öz adından və Azərbaycan
Respublikası Milli Məclisinin üzvləri adından dərin hüznlə
başsağlığı verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir