Yanvar-fevral aylarında Almaniyanın Azərbaycandan idxal etdiyi neftin həcmi məlum olub

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan Almaniyaya 65,3
milyon ABŞ dolları dəyərində bitumu süxurlardan əldə edilmiş 154,7
min ton neft və neft məhsulları ixrac olunub.

Trend bu barədə
Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə
müqayisədə dəyər ifadəsində 211,3 milyon ABŞ dolları və ya 76,4
faiz, həcm baxımından isə 342,6 min ton və ya 68,2 faiz azdır.

Ötən ilin yanvar-fevral aylarında Azərbaycandan Almaniyaya 276,6
milyon ABŞ dolları dəyərində 500 min ton bitumlu süxurlardan əldə
edilmiş neft və neft məhsulları ixrac olunub.




Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici
ölkələrlə ticarət əməliyyatlarını 6,264 milyard ABŞ dolları
məbləğində həyata keçirib. Bu göstərici keçən ilin eyni dövrü ilə
müqayisədə 2,64 milyard dollar və ya 29,6% azdır.

Xarici ticarətin ümumi həcmindən 3,665 milyard dolları ixrac,
2,599 milyard dolları isə idxal təşkil edib. Son bir il ərzində
ixrac 1,102 milyard dollar və ya 23% azalıb, idxal isə 1,539
milyard dollar və ya 37,2% azalıb.

Nəticədə, xarici ticarət 933,6 milyon dollar müsbət saldo ilə
yekunlaşıb ki, bu da ötən illə müqayisədə 52,4 milyon dollar və ya
5,3% azdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir