Sahibə Qafarova gürcüstanlı həmkarına başsağlığı verdi

Baş səhifə

Martın 18-də Milli Məclisin sədri Sahibə Qafarova Bütün Gürcüstanın Katalikos-Patriarxı, görkəmli din xadimi II İlya həzrətlərinin vəfatı ilə əlaqədar Gürcüstan Parlamentinin sədri Şalva Papuaşviliyə başsağlığı məktubu göndərib.

Modern.az-ın məlumatına görə məktubda deyilir:

“II İlya həzrətlərinin bəşəriyyət naminə fəaliyyəti, Qafqazda sülhün, həmrəyliyin və dinlərarası dialoqun təşviqinə verdiyi töhfələr, ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsində göstərdiyi böyük xidmətlər hər zaman ehtiramla xatırlanacaq”.

Milli Məclisin sədri məktubda gürcüstanlı həmkarına, parlamentin üzvlərinə, dost Gürcüstan xalqına öz adından və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından dərin hüznlə başsağlığı verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir