Torpaq sahələrinin qiymətləndirilməsi və kompensasiyası üçün tender elan olunub

Baş səhifə

Bakı.Trend:

Dövlət və xüsusi mülkiyyətə aid torpaq sahələrinin ayrılması və
tikinti altına düşən torpaq sahələri üzrə mülkiyyətçilərə dəyən
zərərin kompensasiyasının hesablanması üçün qiymətləndirmə xidməti
üzrə tender elan edilib.

Trend xəbər
verir ki, tender “Tikilməkdə olan obyektlərin müdiriyyəti” publik
hüquqi şəxsi tərəfindən elan edilib.

Publik hüquqi şəxs tərəfindən layihə çərçivəsində görüləcək
işlər müqabilində 16.992,00 manat ödəniləcək. Layihə üçün
təkliflərin son təqdim olunma tarixi 20.04.2026 15:00-dək dir.

Layihə çərçivəsində aşağıdakı qiymətləndirmə işləri
aparılacaq:

• Böyükşor Tullantı Sutəmizləyici Qurğusunun tikintisi layihəsi
çərçivəsində tikinti altına düşən torpaq sahələri (xüsusi
mülkiyyət) – 1 sahə




• Salyan şəhərinin su və kanalizasiya sisteminin yenidən
qurulması ilə bağlı layihə üzrə (xüsusi mülkiyyət) – 3 sahə

• Eyni layihə çərçivəsində (bələdiyyə mülkiyyəti) – 14 sahə

• Xaçmaz rayonunda əkin sahələrinin su təminatının
yaxşılaşdırılması layihəsi üzrə (xüsusi mülkiyyət) – 3 sahə

• Eyni layihə çərçivəsində (bələdiyyə mülkiyyəti) – 22 sahə

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir