FED baza faiz dərəcəsini dəyişməz saxlayıb

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Federal Ehtiyat Sistemi (FED) gözlənildiyi kimi baza
faiz dərəcəsini illik 3,5–3,75 faiz səviyyəsində sabit
saxlayıb.

Trend-in
məlumatına görə, bu barədə FED açıqlama verib.

Yaxın Şərqdə baş verən hadisələrin ABŞ iqtisadiyyatına təsiri
hələ də qeyri-müəyyən olaraq qalır və bu səbəbdən risklər diqqətlə
qiymətləndirilir.




Qeyd olunub ki, Açıq Bazarda Əməliyyatlar üzrə Federal Komitə
mövcud hədəf diapazonunu dəyişməz saxlamaqla yanaşı, gələcək
qərarların qəbulunda daxil olan iqtisadi məlumatları, dəyişən
perspektivləri və risk balansını nəzərə alacaq.

Eyni zamanda vurğulanıb ki, komitə maksimum məşğulluğun təmin
olunması və inflyasiyanın 2 faiz səviyyəsinə qaytarılması
istiqamətində siyasətini davam etdirməkdə qətiyyətlidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir