
Bakı. Trend:
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları
çərçivəsində daha 4 komanda 1/4 finala vəsiqə qazanıb.
Trend-in
məlumatına görə, qarşılaşmalar çərçivəsində “Barselona” doğma
meydanda “Nyukasl”la, “Qalatasaray” isə səfərdə “Liverpul”un qonağı
olub.
Bundan əlavə, “Bavariya” evdə “Atalanta” ilə, “Totenhem” isə
“Atletiko” ilə üz-üzə gəlib.
Qeyd edək ki, ötən gün baş tutan matçlardan sonra “PSJ”, “Real”, “Arsenal” və “Sportinq” 1/4 finala vəsiqəni təmin ediblər.
23:45. “Barselona” – “Nyukasl” 7:2 (Ümumi 8:3)
00:00. “Liverpul” – “Qalatasaray” 4:0 (Ümumi 4:1)
00:00. “Bavariya” – “Atalanta” 4:1 (Ümumi 10:2)
00:00. “Tottenhem” – “Atletiko” 3:2 (Ümumi 5:7)
xxx
23:54
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşləri
davam edir.
Trend xəbər verir
ki, “Barselona” doğma meydanda İngiltərənin “Nyukasl” klubunu qəbul
edib.
Qarşılaşma Kataloniya təmsilçisinin 7:2 hesablı inamlı qələbəsi
ilə başa çatıb.
“Barselona”nın heyətində Rafinya (6-cı və 72-ci də.),
Levandovski (56-cı və 61-ci dəq), Bernal (18-ci dəq.), Yamal
(45+7-ci dəq.), Fermin Lopez (51-ci dəq.) fərqləniblər. “Nyukasl”da
isə Elanqa (15-ci və 28-ci dəq.) dubl edərək, adını tabloya
yazdırıb.
Komandalar arasında keçirilən ilk oyun 1:1 hesablı heç-heçə ilə
yekunlaşmışdı.
Beləliklə, iki oyunun nəticəsinə əsasən “Barselona” rəqibini
üstələyərək turnirin 1/4 final mərhələsinə vəsiqə qazanıb.

