“PSJ”nin hücumçusu bir neçə həftə meydanlardan kənarda qalacaq

Baş səhifə

Bakı. Trend:

“Pari Sen-Jermen”in hücumçusu Bredli Barkola UEFA Çempionlar
Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Çelsi”yə qarşı
keçirilən matçda zədələnib.

Trend xəbər verir
ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu sağ topuğundan ciddi şəkildə burxulub.




Bildirilib ki, Barkola qarşıdakı həftələrdə komandasına kömək
edə bilməyəcək və bu səbəbdən Fransa millisinə dəvət alma ehtimalı
da aradan qalxıb.

Qeyd edək ki, Luis Enrikenin rəhbərlik etdiyi komanda “Çelsi”ni
iki oyunun nəticəsinə əsasən 8:2 hesabı ilə məğlub edərək turnirin
1/4 final mərhələsinə yüksəlib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir