NASA astronavtları kosmosa çıxışdan sonra BKS-ə qayıdıblar

Baş səhifə

Bakı. Trend:

Amerikalı astronavtlar Kristofer Uilyams və Cessika Meyr açıq
kosmosa çıxışı başa vuraraq Beynəlxalq Kosmik Stansiyaya (BKS) geri
qayıdıblar.

Trend xəbər verir
ki, proses ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar
Administrasiyasının (NASA) rəsmi saytında canlı yayımlanıb.




Məlumata görə, xarici lyukun bağlanmasında yaranan gecikmə
səbəbindən kosmosa çıxış planlaşdırılan 6 saat 30 dəqiqə əvəzinə 20
dəqiqə daha uzun çəkib. Astronavtlar yeni günəş panellərinin
quraşdırılmasına hazırlıq məqsədilə nəzərdə tutulan işləri uğurla
tamamlayıblar.

Qeyd edək ki, bu, Kristofer Uilyams üçün ilk, Cessika Meyr üçün
isə dördüncü kosmosa çıxış olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir