
Bakı. Trend:
18 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində
Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə
görüşüb.
Trend xəbər verir
ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat
yayıb.
Görüş zamanı tərəflər regionda mövcud təhlükəsizlik vəziyyəti və
son inkişaflar ətrafında fikir mübadiləsi aparıblar.
Nazirlər regional sabitliyin qorunmasının, gərginliyin
artmasının qarşısının alınmasının və beynəlxalq hüququn norma və
prinsiplərinə, o cümlədən dövlətlərin suverenliyi və ərazi
bütövlüyünə hörmətin vacibliyini vurğulayıblar.
Tərəflər Azərbaycan-Türkiyə müttəfiqliyinin regionda sülh və
təhlükəsizliyin təmin olunmasında mühüm rol oynadığını qeyd edərək,
mövcud çağırışlara qarşı birgə və əlaqələndirilmiş fəaliyyətin
əhəmiyyətini diqqətə çatdırıblar.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında da fikir mübadiləsi aparıblar.

