
Bakı. Trend:
18 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Pakistan
İslam Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri
Məhəmməd Ishaq Dar ilə görüşüb.
Trend xəbər verir
ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat
yayıb.
Nazirlər regional təhlükəsizlik vəziyyəti və son geosiyasi
inkişaflar barədə fikir mübadiləsi aparıblar, Yaxın Şərqdə
gərginliyin azaldılmasının, sabitliyin təmin olunmasının
vacibliyini vurğulayıblar.
Görüşdə həmçinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi,
regional və beynəlxalq platformalarda əlaqələndirilmiş fəaliyyətin
gücləndirilməsi məsələləri müzakirə olunub.
Tərəflər qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional
məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

