Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb

Baş səhifə

Bakının Heydər Əliyev prospekti ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyadanı vurub.

Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib. Hadisə yerinə dərhal dövlət yol polisi əməkdaşları cəlb olunub.

Qəza səbəbindən ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir