İranda yanvar aksiyalarında iştirakda ittiham olunan 3 nəfər edam etdirib

Baş səhifə

İranda yanvar ayında keçirilən etiraz aksiyalarında iki polis məmurunu öldürməkdə ittiham olunan üç aksiya iştirakçısı edam edilib.

Bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb .

Məlumata görə, təqsirləndirilən şəxslər yanvarın 7-də Qum əyalətində baş verən hökumət əleyhinə nümayişlər zamanı iki hüquq-mühafizə orqanı əməkdaşının qətlə yetirdiklərini etiraf ediblər.

Onlar həmçinin “İsrail və ABŞ-ın maraqlarına uyğun fəaliyyətlərdə” ittiham olunublar.

Qeyd edək ki, İranda iğtişaşlar ötən il dekabrın 29-da İran rialının kəskin şəkildə ucuzlaşması ilə əlaqədar başlayıb. Hakimiyyət orqanları təxminən 40 hüquq-mühafizə orqanı əməkdaşının ölümü barədə məlumat yayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir