Azərbaycanda ÜDM artımı ilə bağlı yeni proqnoz

Baş səhifə

Bakı. Trend:

Niderlandın “ING bank qrupu Azərbaycan üzrə 2028-ci ilə qədər
ÜDM artımı ilə bağlı yenilənmiş proqnozunu açıqlayıb.

Trend xəbər verir
ki, “ING”nin analitiklərinin qiymətləndirməsinə görə, 2026-cı ildə
illik ÜDM artımı 2,5% təşkil edəcək, 2027-ci ildə isə bu
göstəricinin 3%-ə qədər sürətlənəcəyi gözlənilir.

Rüblük bölgü üzrə 2026-cı il üçün aşağıdakı göstəricilər
proqnozlaşdırılır: birinci rübdə ÜDM artımı 3%, ikinci rübdə 2%,
üçüncü rübdə 4%, dördüncü rübdə isə 1% olacaq.

2027-ci ildə dinamika belə olacaq: birinci rübdə artımın 3%,
ikinci rübdə 3,5%, üçüncü rübdə 2%, dördüncü rübdə isə 3,5%
səviyyəsində olacağı gözlənilir.




Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə,
2025-ci ildə Azərbaycanda 129,1 milyard manatlıq və ya əvvəlki illə
müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul istehsal olunub.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalmış,
qeyri neft-qaz sektorunda isə 2,7 faiz artıb.

ÜDM istehsalının 33,0 faizi sənaye, 11,3 faizi ticarət;
nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar
təsərrüfatı, 6,5 faizi tikinti, 5,9 faizi kənd təsərrüfatı, meşə
təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və
ictimai iaşə, 2,1 faizi informasiya və rabitə sahələrinin, 21,7
faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis
vergilər ÜDM-in 9,6 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 12602,2 manata bərabər olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir