ABŞ-ın kommersiya neft ehtiyatları 449 mln. bareli ötüb

Baş səhifə

ABŞ-da kommersiya neft ehtiyatları 6 156 min barel artıb və 449 259 min barel təşkil edib.

APA-Economics”in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 500 min barel azalacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir