
Bakı.Trend:
İsrailli rəsmilərin İsrail Hava Qüvvələrinin Xəzər dənizinin
liman şəhəri olan Bəndər Ənzəlinin sahillərində İran Hərbi Dəniz
Qüvvələrinə aid gəmilərə zərbələr endirməsi barədə açıqlamalarının
ardından, İsrail Müdafiə Qüvvələri (IDF) İranın şimalına
aviazərbələr endirdiyini təsdiqləyib.
Trend bu barədə
“Times of Israel”ə istinadən xəbər verir.
Hərbi qurumun məlumatına görə, zərbələr Dəniz Kəşfiyyatı Bölməsi
və Hərbi Kəşfiyyat İdarəsinin təqdim etdiyi kəşfiyyat məlumatları
əsasında İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata
keçirilib.
İDF-in bildirdiyinə görə, bu, İsrail ordusunun İranın Xəzər
dənizindəki qüvvələrinə ilk zərbəsidir.
Məlumata görə, zərbələrlə bağlı əlavə məlumatlar daha sonra
açıqlanacaq.
Xəbər yenilənəcək

