Qubada ailə dramı: kişi arvadını öldürüb

Baş səhifə

Bakı.Trend:

Martın 18-də Quba rayonu Zizik kəndində 1966-cı il təvəllüdlü
Ceyhun Ağasiyev və 1970-ci il təvəllüdlü Gülgəz Ağasiyevanın
ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, aparılmış araşdırmalarla Ceyhun Ağasiyevin Gülgəz
Ağasiyevanı qəsdən öldürdükdən sonra intihar etməsinə əsaslı
şübhələr müəyyən edilib.




Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə
çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir