
Bakı. Trend:
Azərbaycanın məscidlərində Ramazan bayramı namazının
qılınmasının vaxtı açıqlanıb.
Trend xəbər
verir ki, martın 20-də saat 8:00-da Bakıda Əjdərbəy məscidində ilk
bayram namazı qılınacaq.
Təzəpir məscidində isə bayram namazı saat 09:00-da
qılınacaq.
Bayram namazının Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri,
şeyxülislam Allahşükür Paşazadənin pişnamazlığı ilə qılınacağı
gözlənilir.
Qeyd edək ki, QMİ Qazılar Şurasının bu gün yaydığı fətvada qeyd
olunubki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatı Ramazan
ayının son günü – bayram axşamı şam namazından sonra
çıxarılmalıdır. Fitrə zəkatının adambaşına 10-15 manat verilməsi
tövsiyə olunur.

