Sahibkarlar üçün yeni imkanlar: “Unibank Visa Platinum Business” kartı

Baş səhifə

Bakı. Trend:

“Unibank” biznes müştəriləri üçün yeni “Visa Platinum Business”
kartını təqdim edir. Kart sahibkarlara gündəlik maliyyə
əməliyyatlarını rahat idarə etməklə yanaşı, səyahət, sağlamlıq və
biznes xidmətləri üzrə əlavə üstünlüklər təqdim edir.

Kart vasitəsilə həm ölkədaxili, həm də xaricdə ödənişlər etmək,
onlayn alış-veriş həyata keçirmək və biznes xərclərini daha rahat
idarə etmək mümkündür. Bununla yanaşı, kart sahibləri bir sıra
xüsusi xidmətlərdən də yararlana bilirlər.

“Visa Platinum Business” kartının
üstünlükləri:




  • Peşəkar mühasibatlıq məsləhətləri
    Kart sahibləri vergi, e-qaimə və digər maliyyə məsələləri üzrə
    peşəkar konsultasiya ala bilirlər.
  • “Biznes-loung”lara giriş
    “Visa Platinum Business” kartı ilə dünyanın müxtəlif ölkələrində
    biznes-loung-lara giriş əldə etmək mümkündür.
  • Səyahət rahatlığı
    Hava limanına transfer və səyahət sığortası kimi əlavə xidmətlər
    təqdim olunur.
  • Xüsusi endirimlər
    Restoran, otel və mağazalarda müxtəlif endirim və təkliflər
    mövcuddur.
  • “Visa Business Consyerj” 24/7
    Kart sahibləri üçün günün 24 saatı fəaliyyət göstərən şəxsi dəstək
    xidməti təqdim olunur.

Əlavə olaraq, “Unibank” Biznes kart sahibləri aşağıdakı
üstünlüklərdən faydalana biləcəklər:

  • Biznes xərclərinin şəffaf idarə olunması və nəzarəti
  • Xarici ödənişlərdə rahat və sürətli əməliyyatlar
  • Şirkət xərclərinin hesabatlılığının artırılması.

Bu imkanlar sahibkarlara maliyyə intizamını gücləndirməyə və
əməliyyatları daha effektiv idarə etməyə kömək edəcək. “Unibank
Visa Platinum Business” kartı sahibkarlara yalnız ödəniş aləti
deyil, həm də biznes fəaliyyətini daha effektiv, rahat və çevik
idarə etməyə imkan verən premium həll təqdim edir.

Unibank – Sənin Bankın!

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir