Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri istintaq altında

Baş səhifə

Bakı. Trend:

Qırğızıstan mətbuatı ölkənin Dövlət Milli Təhlükəsizlik
Komitəsinin (DMTK) keçmiş rəhbəri Kamçıbek Taşiyevin Daxili İşlər
Nazirliyinə dindirilməyə çağırıldığı barədə məlumat yayıb.

Trend Qırğızıstan
KİV-ə istinadən xəbər verir ki, ötən həftə onun doğma qardaşı da
dindirilib.

Məlumata görə, DMTK-nın keçmiş sədri Kamçıbek Taşiyev hazırda
DİN-in istintaq xidmətində dindirilmədədir.

Bildirilir ki, Taşiyev iki cinayət işi üzrə şahid qismində
istintaq-əməliyyat tədbirlərinə dəvət olunub. O, vəkili ilə
birlikdə müstəntiqin otağına daxil olub.

Digər təfərrüatlar hələ ki, açıqlanmır.




Qeyd edək ki, ötən ay Kamçıbek Taşiyevin Qırğızıstan Nazirlər
Kabineti sədrinin müavini – DMTK sədri vəzifəsindən azad edildiyi
məlum olub. Taşiyev sonradan özü bu qərarın onun üçün gözlənilməz
olduğunu bildirmişdi.

Bundan sonra ölkə prezidenti Sadır Japarov bəyan edib ki,
Kamçıbek Taşiyev bir daha dövlət qulluğuna qayıtmayacaq. Japarov
həmçinin ölkədə şimal və cənub arasında bölünməyə yol verməyəcəyini
bildirib və dövlət çevrilişi ehtimalını istisna edib.

Bir müddət sonra Qırğızıstan DMTK-nın yeni rəhbərinin təyin
olunduğu məlum olub. Həmin vaxt Kamçıbek Taşiyev ölkəni artıq tərk
etmişdi.

Ötən həftə Taşiyevin qardaşının DİN-in Baş İstintaq İdarəsində
dindirildiyi də məlum olub. Dindirilmədən sonra o, sərbəst
buraxılsa da, onun deputat mandatı ləğv edilib

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir