
Bakı.Trend:
“Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-nin sədri
Rövşən Məmmədov Mentorluq Proqramı çərçivəsində V “Yüksəliş
müsabiqəsi”-nin qalibi Numrəddin Hüseynov ilə görüş keçirib.
Trend xəbər
verir ki, görüş zamanı Mentorluq Proqramı çərçivəsində həyata
keçirilən fəaliyyətlər, əldə olunan nəticələr və iştirakçıların
fərdi inkişaf istiqamətində gördükləri işlər müzakirə olunub.
Eyni zamanda, nitq mədəniyyətinin və düzgün danışıq
bacarıqlarının inkişafı, eləcə də marketinq sahəsində irəli sürülən
təklif və təşəbbüslər ətrafında geniş fikir mübadiləsi
aparılıb.
Görüş çərçivəsində peşəkar inkişafın davam etdirilməsi
istiqamətində müvafiq tövsiyələr verilib.

