
Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri İranın Kürdüstan vilayətində yerləşən
Sənəndəc Beynəlxalq aeroportunda İrana ordusuna məxsus “Mi-17”
helikopterini vurub.
Trend xəbər verir
ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat
yayıb.
“Dünən həyata keçirilən zərbə nəticəsində İnqilab Keşikçilərinin
Hərbi Hava Qüvvələrinin hərbi imkanlarına vurulan zərər daha da
dərinləşdirilir və İranın qərb bölgəsində hava üstünlüyü
genişləndirilir. Hərbçilər əlavə edirlər ki, bu əməliyyat real vaxt
kəşfiyyat məlumatları əsasında həyata keçirilib”,- deyə məlumatda
qeyd olunub.
IDF helikopterin vurulma görüntülərini rəsmi “X” səhifəsində
yayıb.

