
Bakı.Trend:
İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun
həbs müddəti uzadılıb.
Trend xəbər verir ki, məhkəmə istintaq orqanının vəsatətini
təmin edərək müvafiq qərarı Səbail Rayon Məhkəməsində çıxarıb.
Məhkəmənin qərarı ilə Saleh Səmədov barəsində seçilmiş həbs
qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
Saleh Səmədov AR Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə
ittiham olunur.
Qeyd edək ki, Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti
tərəfindən həbs edilib.
O, həmçinin ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar
Şurasının sədri vəzifəsindən azad edilib.

