
Xocalı. Trend:
Növbəti köç karvanı Xocalının Xanabad kəndinə çatıb.
Trend-in
Qarabağ bürosunun xəbərinə görə, bununla 19 ailədən 89 nəfər
Xanabad kəndinə çatıb.
Ailələri Azərbaycan Respublikası Prezidentinin Xankəndi
şəhərində Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin,
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin
rəsmiləri, Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa
Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.
Qeyd edək ki, bununla da Xanabad kəndinə daimi qayıdışı təmin
olunan ailələrin ümumi sayı 78-ə (346 nəfər) çatdırılıb.
xxx
06:35
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Xocavənd şəhərinə və
Xocalı rayonunun Xanabad kəndinə növbəti köç karvanları yola
salınıb.
Trend xəbər verir
ki, köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən,
yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xocavənd şəhərinə 46 ailə (177 nəfər), Xanabad
kəndinə isə 19 ailə (89) nəfər köçürülüb.
Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə
əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli
Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib,
bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət
diləyiblər.

