
Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda külək elektrik
stansiyalarında (KES) 141,6 milyon kVt-saat elektrik enerjisi
istehsal edilib.
Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə
müqayisədə 138,2 milyon kVt-saat və ya 41,6 dəfə çoxdur.
Eyni zamanda, hesabat dövründə ölkədə günəş elektrik
stansiyalarında 42,7 milyon kVt-saat elektrik enerjisi istehsal
edilib ki, bu da 2025-ci ilin ilk iki ayındakı göstərici ilə
müqayisədə 0,6 milyon kVt-saat və yaxud 1,4% azalma deməkdir.
Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar
istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2026-сı ilin
yanvar-fevral aylarında 671,6 milyon manat dəyərində məhsul
istehsal olunub və xidmətlər göstərilib. Su təchizatı,
tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş
məhsulların həcmi 93,4 milyon manat təşkil edib.

