Paşinyan: Onlar “sentyabr müharibəsinə” hazırlaşırlar

Baş səhifə

Bakı. Trend:

Ermənistanda sülh gündəliyinə yenidən baxılmasını istəyən siyasi
qüvvələr var və bu iyundakı parlament seçkilərindən sonra yeni
müharibəyə yol aça bilər.

Trend Ermənistan
KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol
Paşinyan bildirib.

“Ermənistanda müəyyən dairələr var ki, hakimiyyətə gələcəkləri
təqdirdə sülh gündəliyinə yenidən baxmağı planlaşdırırlar. Bu
qüvvələrin hamısı sülhün reviziyası mövqeyindən çıxış edir ki, bu
da seçkilərdən qısa müddət sonra, ən gec isə payızda müharibənin
labüd olacağı anlamına gəlir”, — deyə Nikol Paşinyan cümə axşamı
brifinqdə bildirib.




Baş nazirin sözlərinə görə, bu cür bəyanatlar ölkə üçün ağır
nəticələr doğura bilər.

“Bütün bu qüvvələr özlərinin nə dediyini belə anlamır. Onlar
başqaları tərəfindən yazılmış mətnləri səsləndirirlər və
Ermənistanda hər hansı rəsmi statusa iddia edə bilməzlər… Onlar
ağır fəsadları olacaq yeni sentyabr müharibəsinə hazırlaşırlar”, –
deyə Nikol Paşinyan qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir