
Bakı. Trend
ABŞ Senatı növbəti dəfə ölkə prezidenti Donald Trampın Konqresin
birbaşa razılığı olmadan İrana qarşı müharibə aparmasını qadağan
edən qətnaməni dəstəkləməyib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, qətnamənin lehinə 47 senator, əleyhinə
isə 53 senator səs verib.
Qanunvericilik təşəbbüsünün müəllifi respublikaçı senator Rend
Pol olub. O, martın əvvəlində də oxşar qətnamə layihəsi təqdim
etmişdi, lakin həmin sənəd də rədd edilmişdi.
Pol Senatda Respublikaçılar Partiyasını təmsil edən və Trampın
hərbi səlahiyyətlərinin məhdudlaşdırılmasına səs verən yeganə
şəxsdir.

