Energetika naziri Ağsuda vətəndaşları qəbul edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov Ağsu rayon Heydər Əliyev
Mərkəzində vətəndaşları qəbul edib.

Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.




Bildirilib ki, qəbulda vətəndaşların elektrik enerjisi və təbii
qaz təchizatı, elektrik verilişi xətlərinin mühafizə zonası,
elektrik enerjisinin fasilələrlə verilməsi, elektrik enerjisinin
keyfiyyəti, elektrik xətlərinin istismar vəziyyəti, qaz
sayğaclarının dəyişdirilməsi, işlə təminat və digər məsələlərə dair
müraciətləri dinlənilib. Qaldırılan məsələlərin mövcud
qanunvericiliyə uyğun şəkildə araşdırılması və operativ həlli
məqsədilə müvafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə
keçirilmiş qəbulda Ağsu, Ağcabədi, Göyçay rayonlarından olan 14
vətəndaş iştirak edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir