ABB-eSİM xidməti istifadəyə verildi!

Baş səhifə

Bakı. Trend:

Yeni strateji inkişaf dövründə həyat tərzi bankçılığına da
xüsusi diqqət yetirən ABB səyahətsevərlərin eyni bir platformadan
xidmət almaq imkanlarını genişləndirir.

Bank indiyə qədər özünün ABB mobile tətbiqində səyahət sığortası
xidmətini, visa müraciətlərinə dəstək, o cümlədən hesabdan çıxarış
və arayışların alınmasını, səyahətlərdən millər qazandıran ABB AZAL
Miles kartlarından istifadəni hər kəsə əlçatan edib.

İndi isə ABB-dən səyahətsevərlər üçün daha bir mühüm xəbər var.
Bank ABB-eSIM xidmətini mobile tətbiqində istifadəyə verib. Bununla
xaricə səfərlər zamanı internetə çıxış problemi daha keçmişdə
qalır. ABB mobile tətbiqinin hər bir istifadəçisi ölkə xaricində
olarkən tətbiqdə özünə uyğun ABB-eSIM paketini seçib, rahatlıqla
internet şəbəkəsinə qoşulur.

ABB-eSIM istifadəçilərə fiziki SIM karta ehtiyac olmadan
xidmətlərdən yararlanmaq, müxtəlif ölkələrdə etibarlı internet
bağlantısına qoşulmaq, alış və ödənişləri birbaşa tətbiq üzərindən
həyata keçirmək, eləcə də seçilmiş paketləri rahatlıqla idarə etmək
və izləmək imkanı verir.

Qeyd edək ki, eSIM (embedded SIM) – fiziki SIM kartı əvəz edən
virtual SIM kartdır. O, mobil cihazın daxili yaddaşına yüklənir və
aktivləşdirildikdən sonra mobil operatorun şəbəkəsindən istifadə
etmək olur.




eSIM-in səyahətçilər üçün bir çox üstünlükləri var. İlk növbədə,
fiziki SIM kartı dəyişdirməyə ehtiyac qalmır. eSIM-lə müxtəlif
ölkələrdə fərqli mobil operatorların şəbəkələrinə qoşulmaq olur.
Roaminq xidmətlərindən fərqli olaraq eSIM paketlərində daha sərfəli
tariflər seçmək mümkündür.

ABB mobile tətbiqi vasitəsilə istifadəçilər ABB-eSIM xidmətini
də fiziki kartı dəyişmədən birbaşa tətbiq üzərindən əldə edərək
dərhal aktivləşdirə və xaricdə fasiləsiz internet bağlantısından
yararlana bilərlər. eSIM-i aktivləşdirmək çox sadə və rahatdır. QR
kodu skan etməklə eSIM-i sürətli şəkildə aktivləşdirmək olur.

ABB-eSİM xidmətinin üstünlüklərindən biri də odur ki, ABB mobile
vasitəsilə eSIM əldə edilərkən 18% əlavə dəyər vergisi tətbiq
olunmur. Bu da istifadəçilər üçün xərclərə əlavə qənaət imkanı
deməkdir.

Səyahətlər üçün xidmətlərin bir platformada toplanmasını ABB
yeni layihələrlə davam etdirəcək.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet
səhifəsi https://abb-bank.az/,
937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən
əldə etmək mümkündür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir