Azərbaycanda məşhur saytların sahibi ən varlı gürcü oldu

Baş səhifə

Bakı. Trend:

“Forbes” nəşri 2026-cı il üçün milyarderlər reytinqini
yeniləyib. Gürcüstan vətəndaşları arasında ən varlı şəxs yenə də
“Kaspi.kz”nin təsisçisi və rəhbəri Mixael Lomtadze olaraq
qalır.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir

Batumi şəhərində doğulan və 2007-ci ildən etibarən Qazaxıstanda
yaşayan Lomtadzenin sərvəti nəşr tərəfindən 6 milyard ABŞ dolları
səviyyəsində qiymətləndirilir. “Forbes”ın məlumatına görə, son bir
ildə onun sərvəti təxminən 100 milyon dollar artıb. Bu kapital ilə
o, dünyanın ən varlı insanları siyahısında 680-ci yeri tutur.

Hakim Gürcü Arzusu partiyasının qurucusu Bidzina İvanişvili isə
2,7 milyard dollarlıq sərvətlə 1543-cü pillədə qərarlaşıb.
“Forbes”ın məlumatına görə, onun sərvəti son bir ildə dəyişməyib.
Daha əvvəl, 2025-ci ilə qədər, nəşr onun sərvətini 4,9 milyard
dollar olaraq qiymətləndirirdi, lakin aktivlərin şəffaflığının
azalması səbəbindən hesablamalar yenidən nəzərdən keçirilib.
Hazırkı qiymətləndirməyə İvanişvili ailəsinin əmlakı da
daxildir.




İvanişvili ilk dəfə 2024-cü ildə ən varlı gürcü titulunu
Lomtadzeyə uduzub və o vaxtdan bəri vəziyyət dəyişməyib.

Lomtadzenin əsas kapital mənbəyi Qazaxıstanın fintex holdinqi
“Kaspi.kz”dir. O, burada səhmdar, idarə heyətinin sədri və
direktorlar şurasının üzvü vəzifələrini tutur. “Kaspi.kz” rəqəmsal
bankı, ödəniş platformasını, mobil maliyyə xidmətləri sistemini,
kreditləşmə və depozit məhsullarını, həmçinin elektron ticarət üçün
marketpleysi birləşdirir.

Lomtadzenin aparıcı Azərbaycan elan saytları olan “turbo.az”, “tap.az”, “boss.az” və “bina.az”-ı satın alma tarixi məlum deyil.
Lakin saytlara sahib olan “DIGITAL CLASSIFIEDS” MMC 16 avqust
2021-ci ildə dövlət reyestrində qeydiyyata alınıb. MMC-nin
nizamnamə kapitalı 50.000 manatdır və hüquqi ünvanı Nəsimi rayonu,
Rəsul Rza küçəsi, 75-dir. Şirkətin qanuni nümayəndəsi Gürcüstan
vətəndaşı Mamuka Krivalidzedir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir