Mülki obyektlərə hücumlara moratorium tətbiq edilsin – Makron

Baş səhifə

Bakı. Trend

Fransa prezidenti Emmanuel Makron Yaxın Şərqdə neft-qaz
sektoruna aid obyektlərə son zərbələri şərh edərkən, mülki
obyektlərə qarşı hücumlara moratorium tətbiq edilməsinə
çağırıb.

Trend xəbər verir
ki, bu barədə o, Brüsseldə keçirilən Avropa İttifaqı sammiti
ərəfəsində jurnalistlərə açıqlamasında bildirib




“Biz bu münaqişədə mülki infrastruktur və mülki əhaliyə qarşı
zərbələrə moratorium tətbiqi ideyasını, eləcə də gərginliyin
tezliklə azaldılmasını dəstəkləyirik”, – deyə o bildirib.

Fransa prezidenti qeyd edib ki, belə zərbələrin nəticələri bütün
dünyada hiss olunur. O, buna nümunə olaraq Hörmüz boğazının
bağlanmasından sonra neft və qaz qiymətlərinin kəskin artmasını
göstərib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir