
Bakı. Trend:
2026-cı ilin yanvar ayında Azərbaycanda 41,6 min ton neft koksu
istehsal olunub.
Trend bu barədə
Dövlət Statistika Komitəsinə istinadla məlumat verir.
Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə
müqayisədə 3,7 min ton və ya 9,8 faiz çoxdur (həmin dövrdə 37,9 min
ton neft koksu istehsal olunmuşdu)
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanda
4,343 milyon ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil
olunub.Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə
müqayisədə 136 min ton və ya 3,03% azdır.Hesabat dövründə xam
neftin ümumi hasilatının 4,332 milyon tonu əmtəəlik xam neftin
payına düşüb ki, bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə 136
min ton və ya 3% azdır.
Ümumilikdə, hasilat sənayesində istehsalın ümumi həcmi 5,2
milyard manat təşkil edib və bu, ötən ilin müvafiq dövrü ilə
müqayisədə 0,3% artım deməkdir.

